Benzinə qatqı qatılır? - AÇIQLAMA

Benzinə qatqı qatılır? - AÇIQLAMA

Son zamanlar benzinin qiyməti bir tərəfə, keyfiyyəti ilə bağlı şikayətlər daha da artıb. Keyfiyyət də qiymətə uyğun artmalı deyilmi?


Sfera.az-a benzinin keyfiyyəti ilə bağlı problemlərdən danışan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bunları deyib:


"O problemləri biz də eşidirik.Amma, şikayət edənlərə deyəndə ki, keyfiyyətindən şikayət etdiyiniz yanacaq doldurma məntəqəsinin satdığı benzindən nümunə üçün bizim loboratoriyaya gətirin bir yerdə yoxlayaq, o anda geri çəkilirlər. Benzinin keyfiyyəti standarta uyğundur, qaydasındadır. Azərbaycan standartlaşdırma instutunun tərkibində neft məhsullarının laboratoriyası var,  ən son texnikalarla təchiz edilib. Orada mütəmadi olaraq yanacaqdoldurma məntəqələri tərəfindən umumi nümunələr təqdim olunur. Həmçinin sertifikat orqanları tərəfindən təqdim edilən nümunələr yoxlanılır və indiyə kimi heç bir problem aşkar edilməyib. Bu gün yanacağın standarta uyğunluğu təsdiq olunur".


Fazil Talıblı rayonlardakı yanacaqdoldurma məntəqələrində satılan benzin üçün isə başqa fikirdədir:


"Qaldı ki, yanacaq doldurma məntəqələrinin öz işinə, Bakı şəhərində deyə bilmərəm, amma rayonlardakı yanacaqdoldurma məntəqələrində hər hansı bir qatqıdan istifadə edirlər ya etmirlər bilmirik. Bizim bu bərədə məlumatımız yoxdur. Əgər istehlakçılarda belə bir narahatçılıq və narazıçılıq varsa, buyurub bizim komitəyə müraciət edə bilərlər.


Nihat HÜSEYNZADƏ


OXŞAR XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...