Benzin və dizelin qiyməti bahalaşdı - Gürcüstanda
13:18 / 03.07.2019
3189
Gürcüstanda benzin və dizelin qiyməti artıb.
Sfera.az "Report”a istinadla xəbər verir ki, bahalaşma Gürcüstanda fəaliyyət göstərən əksər şirkətlərə məxsus yanacaqdoldurma məntəqələrində qeydə alınıb.
"Regular” markalı benzinin qiyməti 5 tetri, digər növ benzin və dizelin qiyməti isə 3-6 tetri bahalaşıb.
Qiymət artımına səbəb milli valyuta olan larinin dəyərdən düşməsidir.