“Bəli, bunun adı Zəfərdir!” – PA rəsmisi ordumuzun uğurlu hərbi əməliyyatlarından yazdı

“Bəli, bunun adı Zəfərdir!” – PA rəsmisi ordumuzun uğurlu hərbi əməliyyatlarından yazdı

 

"1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri Azərbaycan və Ermənistan arasında ən şiddətli döyüş hesab edilən 2016-cı il aprel savaşı Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlarkəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Ümumulikdə isə müzəffər ordumuzun düşmənə endirdiyi amansız və sürətli zərbələr nəticəsində 2000 hektar ərazimiz düşmənin varlığından arındırılmışdır. Bəli, bunun adı Zəfərdir!”.


Sfera.az xəbər verir ki, bu sözləri özünün facebook hesabında Prezident Adminstrasiyasının rəsmisi Bəhruz Həsənov yazıb. 2018-cı il may ayında Azərbaycan ordusunun uğurla həyata keçirdiyi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı erməni işğalından azad edilməsini, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçməsini xatırladan Bəhruz Həsənov həmin hərbi əməliyyatların ölkəmiz üçün əhəmiyyətini belə izah edib:


"Ümumi olaraq, 11,000 hektarlıq ərazi işaldan azad olunmuş və bu əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan yaratmışdır. Bədxahların nəzərinə, bunun adı Zəfərdir!

Zəfəri danmaq isə namərdlikdir, şəhidlərimizin ruhuna hörmətsizlikdir, düşmən ilə eyni bulağın gözündən su içməkdir.

Hər nə qədər dövlətimizin, ordumuzun şanlı zəfərlərinə kölgə salmağa cəhd edən, onların miqyasını kiçiltməyə çalışan "sapı özümüzdən olan baltalar" olsa da, hər nə qədər hakimiyyətə müxalifik deyib, dövlətə qarşı düşmənçilik edənlər olsa da, Azərbaycan xalqı cənab Ali Baş Komandanın rəhbərliyi altında yeni-yeni zəfərlər qazanacaq, yeni-yeni uğurlara imza atacaq.

Uğurlarımız bol, zəfərlərimiz mübarək olsun!


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...