Bələdiyyələrin sayı azaldılır? - Milli Məclisdə TƏKLİF

Bələdiyyələrin sayı azaldılır? - Milli Məclisdə TƏKLİF

"Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün kifayət qədər münbit şərait yaradılıb, lakin bələdiyyələrin sayı azaldılmalıdır".

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bu gün bələdiyyələr haqqında hesabatın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Bakının bir rayonundan 19 bələdiyyə üzvü seçilir: "Kiçik bir kənddə 5-7 nəfər üzv olur. Bunları birləşdirmək lazımdır".

Deputat qeyd edib ki, onlar bələdiyyələrə verilən səlahiyyətlərlə xeyli iş görə bilərlər:

 

"İndi də gec deyil. Onlar əldə edilən gəlirlərdən bələdiyyə bağçası, məktəbi, qəbiristanlığı və s. yaratmaq əvəzinə, vəsaiti başqa istiqamətə xərcləyirlər. Düşünürlər ki, ola bilər, növbəti mərhələdə seçilməzlər, ona görə nə varsa, xərcləyirlər. Vaxtilə bələdiyyələr qeyri-neft sektoru üçün böyük işlər görə bilərdilər. Əsasən də buraya kənd bələdiyyələri daxildir. Əfsuslar olsun ki, əldə olunan vəsaitlərin hamısını mebelə, maşınlara və əmək haqlarına sərf ediblər".


OXŞAR XƏBƏRLƏR

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...