Cəmİyyət

Bələdiyyə sədri hakim qarşısına çıxarılır - Cinayət işi

Bələdiyyə sədri hakim qarşısına çıxarılır - Cinayət işi
Binəqədi qəsəbə Bələdiyyəsinini sədri Aytac Əliyeva hakim qarşısına çıxarılacaq.

Sfera.az bakupost.az-a istinadən xəbər verir ki, fəaliyyəti dövründə adı korrupsiya ittihamında hallanan Aytac Əliyeva haqqında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılan cinayət işi artıq yekunlaşıb. Hazırda Aytac Əliyevanın işi məhkəmədədir. Onun hakim qarşısına çıxarılacağı bildirilib.

BakuPost-a danışan Aytac Əliyeva haqqında cinayət işinin açılmasıyla bağlı xəbəri təkzib etmişdi: "Azərbaycan qanunlarla idarə olunur. Əgər bir şəxs haqqında cinayət işi açılıbsa, həmin şəxs seçkili qurumda mandat daşıyırsa, onun fəaliyyəti ya dondurulur, ya da xitam verilir. Bun halların heç biri baş vermədiyi üçün deyə bilərəm ki, barəmdə cinayət işinin açılması xəbərinin heç bir əsası yoxdur”.

Qeyd edək ki, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyevanın fəaliyyətinin araşdırılması ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət Ədliyyə Nazirliyi yanında bələdiyyələrə nəzarət qurumundan daxil olub. Müraciətdə qeyd olunan korrupsiya faktlarının sübuta yetirildiyi vurğulanır.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930