Belə piyada və sürücüləri həbs gözləyir... - VİDEO
Cəmiyyət
06:53 / 19.09.2015
1590
Son zamanlar paytaxt yollarında avtomobilə yapışaraq təhlükəli hərəkətlər edən "rolik" sürənlərin sayı artıb.
Sfera.az-ın xəzər xəbər-ə istinadən məlumatına görə, bəzi hallarda məsuliyyətsiz sürücülərdə belə gənclərə kömək edirlər. Əslində isə bunu edən sürücü və piyadalar nəinki, cərimələnə, hətta cinayət məsuliyyətinədə cəlb oluna bilərlər.
Təhlükəli hərəkətlər zamanı piyadanın xəsarəti ilə nəticələnən hər hansı qəza baş verdikdə sürücü və piyada cinayət məsuliyyətinə cəlb edilir.
Qəzanın ağırlıqından aslı olaraq günahkar sürücü və piyada 5-7 min manat arası cərimə oluna və yaxud 2 ildən 9 ilədək azadlıqdan məhrum edilə bilər. Nəzərə alsaq ki, parklarda "rolik" sürmək üçün kifayət qədər geniş yer var.