Belarusda koronavirusa yoluxanların sayı 63 mini keçdi
17:45 / 04.07.2020
5022
Belarusda son sutka ərzində 273 nəfərdə koronavirus aşkar edilib.
Sfera.az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bununla ölkədə COVID-19 xəstələrinin ümumi sayı 63 270 nəfərə çatıb.
Son gün ərzində 6 COVID-19 xəstəsi ölüb və virus qurbanlarının sayı 418 nəfərə çatıb.