Belarusda ABŞ pastortu olan şəxslər həbs edildi – Lukaşenkodan açıqlama

Belarusda ABŞ pastortu olan şəxslər həbs edildi – Lukaşenkodan açıqlama

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ pasportu olan adamların həbs edildiyini bildirib.


Sfera.az RİA.Novosti-yə istinadla xəbər verir ki,Belarus Prezidenti Aleksandr Lukaşenko respublikada seçki kampaniyası zamanı tutulanların arasında "Dövlət Departamentində işləyən amerikalı qadınlarla evli olan, Amerika pasportlu" insanların olduğunu bildirib.


Belarus liderinin mətbuat xidmətinin cümə axşamı verdiyi məlumata görə, bu açıqlama seçki kampaniyasının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı keçirilən müşavirə zamanı verilib.


"Prezidentin sözlərinə görə, Belarusda ölkədə sabitliyi pozmağa cəhd edən bir çox adam həbs edilib və bu fakt artıq öz təsdiqini tapıb.Özü də söhbət təkcə özəl hərbi şirkət üzvlərinin həbsindən getmir”. Mətbuat xidmətinin məlumatında belə deyilir.

Mətbuat xidmətinin məlumatında həmçinin deyilir ki, Lukaşenko hakimiyyətin "ad və soyadlardan, ünvanlardan, şifrələrdən və toplantılardan” xəbərdar olduğunu da bəyan edib.

 

"Bəzən möcüzələrlə qarşılaşırıq. KİV-lər bizi xəbərdar edir ki, amerikalılar və NATO bizi zəbt etmək istəyir. Həbs edilənlər arasında Dövlət Departamentində işləyən amerikalı qadınlarla evli olan Amerika pasportlu şəxslər də var",- deyə, mətbuat xidməti Lukaşenkodan sitat gətirir.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR