Bəhruz Quliyev qardaşının işdən çıxarılmasından danışdı - AÇIQLAMA

Bəhruz Quliyev qardaşının işdən çıxarılmasından danışdı - AÇIQLAMA
Səs qəzetinin baş redaktoru Bəhruz Quliyev qardaşı Rasim Quliyevin işdən çıxarılmasına münasibət bildirib.
 
 
Baş redaktor qardaşının 18 il Bakı Şəhər İcra Hakimiyyətində çalışdığını deyib: 

Son günlər bəzi sayt və sosial şəbəkələrdə mənim qardaşım kimi, dövlətin mühüm postunda işləyən məmur kim Rasim Quliyevin işsiz qalması ilə bağlı müxtəlif məqsədlərə xidmət edən məlumatlar ictimailəşməkdədir. Bəlkə də, Rasim Quliyevin vaxtilə jurnalistikada olduğundan, ya da mənim bu camiyyədə olduğumdan bu mövzu daima gündəmdə olur. Bu məsələyə bir ictimai şəxs və qardaş kimi münasibət bildirməyi özümə borc bildim. 

Mənə aydındır ki, media və sosial şəbəkələr bu gün sensasiya axtarışındadırlar. Amma bu, kimlərinsə marağına xidmət etməməlidir. Bəli, mənim qardaşım Rasim Quliyev 2001-ci ildən etibarən təqribən 18 ilə yaxın Bakı şəhər İcra Hakimiyyətində mühüm postlarda çalışıb. Çalışdığı müddətdə vicdanla, ləyaqətlə xidmət edib və şəhərin zibiliklərdən, köşklərdən, gecəqondulardan təmizlənməsində rəhbərlik tərəfindən verilən tapşırıqları yüksək səviyyədə yerinə yetiribdir. 
 
Baş redaktor bildirib ki, Rasim Quliyev dövlətçiliyə sadiq insandlr və Ulu Öndər Heydər Əliyevin qatı tərəfdarıdır:

"O, çox yüksək keyfiyyətlərə malik - imanlı, əxlaqlı, savadlı, işgüzar, bacarıqlı olması ilə yanaşı, yüksək intellekt sahibi və dostlarına, ailəsinə, dövlətinə sədaqətli bir insandır. Öz işinin öhdəsindən layiqincə gəlib və ona görə də müxtəlif dövlət mükafatlarına layiq görülübdür.

Bundan öncədə isə 1988-ci ildən başlayaraq tələbə hərəkatının liderlərindən biri olub və siyasətçi kimi fəaliyyət göstəribdir. O, Ulu Öndər Heydər Əliyevin qatı tərəfdarı kimi tanınıb və siyasi fəaliyyətinə görə müxtəlif dövrlərdə siyasi məhbus həyatı yaşayıbdır. Hətta sonuncu dəfə 1992-ci ilin dekabrında o, tutulub və ölkədə haqsızlığa, insan haqlarının və söz azadlığının açıq şəkildə pozulmasına etiraz olaraq aclıq aksiyası keçirmişdir. Yeri gəlmişkən, o dövrdə Ulu Öndərin o dövrki hakimiyyətə müdaxiləsindən sonra qardaşım azadlığa çıxa bilmişdir. 

Sonrakı dövrlərdə jurnalist və siyasi fəaliyyətini Yeni Azərbaycan Partiyasında davam etdiribdir. 

2018-ci ilin sonlarından isə Bakı şəhər İcra Hakimiyyətində struktur dəyişikləri getdiyindən o işsiz qalıb. Amma bu hadisəyə başqa don geyindirmək, ya da kiminsə başqa məqsədi üçün istifadəsi yolverilməzdir. Aydındır ki, dövlətin islahat siyasəti nəticəsində bütün strukturlar yenilənməlidir, idarəçilik optimallaşmalıdır, müasir çağırışlara cavab verməlidir və eləcə də Bakı şəhər İH-də bu proses getməlidir. Bu belə qəbul edilməlidir".

OXŞAR XƏBƏRLƏR

Milyonlarla insanın izlədiyi televiziya tarixinin ən çox baxılan hadisələri

İndi istədiyimiz vaxt, istədiyimiz yerdə hər şeyi təkrar-təkrar izləyə bilirik. Amma əvvəllər belə deyildi. Tarixdə elə hadisələr olub ki, eyni anda bütün dünya...

Türkiyədə zəlzələ baş verdi - Bu məktəblər bağlandı

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 4,7 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İda...

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...