Bəhram Bağırzadə: \"Mehriban Əliyevanın nəcib təşəbbüsü bütün dünyada böyük əks-səda doğuracaq\"

Bəhram Bağırzadə: \

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi ilə bağlı nəcib təşəbbüsü bütün dünyada böyük əks-səda doğuracaq.

Sfera.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə deyib.

O bildirib: "Mən də bu ölkənin bir vətəndaşı olaraq bu aksiyada iştirak etmək istərdim, həm də uşaqlarımla birgə. Çünki böyüyən nəslə uşaqlıqdan ekologiyaya və doğma torpağa sevgi aşılamaq lazımdır. Mən öz həyatımda çox ağac əkmişəm, amma bu təşəbbüs çərçivəsində yaşadığım hər il üçün bir ağac, yəni 48 ağac əkmək istərdim".

Əməkdar artistin sözlərinə görə, Nəsimi böyük şair və dünya əhəmiyyətli mütəfəkkirdir, onun irsinin qorunması böyük humanitar missiyadır:

"Əminəm ki, bütün Azərbaycan xalqı Mehriban Əliyevanın təşəbbüsünü dəstəkləyəcək və bu aksiyada iştirak edəcək".

B.Bağırzadə, həmçinin böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması təklifinin qısa zamanda reallaşdırılması üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya səmimi təşəkkürünü bildirib.


OXŞAR XƏBƏRLƏR