BƏƏ Azərbaycan iqtisadiyyatına 778 mln. dollar investisiya yatırıb - İndiyədək

BƏƏ Azərbaycan iqtisadiyyatına 778 mln. dollar investisiya yatırıb - İndiyədək

İndiyədək Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən Azərbaycan iqtisadiyyatına 778,1 mln. dollar, Azərbaycandan BƏƏ-yə isə 284,4 mln. dollar investisiya qoyulub.

Sfera.az  xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Mohamed Hamel Alqubaisi ilə görüşdə bildirib.

Görüşdə Azərbaycan-BƏƏ iqtisadi əlaqələrinə, bu ilin aprel ayında Dubayda keçirilmiş Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6 iclasının protokolunda nəzərdə tutulmuş məsələlərin icrasına dair fikir mübadiləsi aparılıb.

Nazir bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradır: "İndiyədək iki ölkə arasında 40-a yaxın sənəd imzalanıb, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6 iclası keçirilib, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyi Bakıda açılıb”.

Nazir qeyd edib ki, Azərbaycanda 255 BƏƏ şirkəti qeydiyyata alınıb: "Azərbaycan məhsullarının BƏƏ-də təbliği məqsədilə bu ölkəyə iş adamlarından ibarət ixrac missiyası göndərilib, Azərbaycan məhsulları vahid ölkə stendi ilə Dubayda nümayiş olunub, bağlanmış müqavilələr üzrə bir sıra məhsullarına ixracına başlanılıb. Hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, İKT, enerji, ticarət, investisiya qoyuluşu, təhsil və s. sahələrdə əlaqələr uğurla davam edir”. Görüşdə nazir əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb, mövcud imkanlardan səmərəli istifadə etməklə müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi imkanlarını vurğulayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ölkəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini, əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərinə dair fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan-BƏƏ Biznes Şurasının fəaliyyətinin, ticarət məlumatlarının mübadiləsi və ticarət əlaqələrinin, xüsusilə Azərbaycan məhsullarının BƏƏ-yə ixracının genişləndirilməsi, BƏƏ iş adamları tərəfindən Azərbaycanda yaradılan sənaye parkları və zonalarına investisiya qoyulması imkanları və s. qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. (Report)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...