QALMAQAL: Prezident və nazirlər haqda gizli məlumatlar internetdə (FOTOFAKT)

QALMAQAL: Prezident və nazirlər haqda gizli məlumatlar internetdə (FOTOFAKT)
Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycandakı avtomobillərin məlumat bazasını sığorta şirkətlərinə satıb.
 
Sfera.Az-a daxil olan məlumata görə, BDYPİ-nin İT-mühəndisləri ölkədəki avtomobillər haqda toplanmış tam məlumat bazasını sığorta şirkətlərinə qeyri-qanuni olaraq satıblar.
 
Məlumatda bildirilir ki, bu bazanı əldə etmək üçün sığorta şirkətləri BDYPİ-yə pul veriblər. Xəbərin ilginc tərəfi ondadır ki, bu məlumat bazasında ölkə rəhbərlərinin avtomobilləri haqda da məlumatlar var.
 
Başda prezidentin xidməti avtomobili olmaqla bir çox nazir və nazir müavinlərinin xidməti avtomobillərinin seriya və hətta mühərrik nömrələrinin belə BDYPİ tərəfindən sığorta şirkətlərinə satılmasını müəyyən etmək elə də çətin deyil. Bunun üçün sadəcə həmin sğorta şirkətlərinin məlumat bazasına baxmaq kifayətdir.


 
Bundan başqa həmin məlumat bazasında digər avtomobil sahiblərinin şəxsi məlumatları, ev, iş və mobil telefonlarının nömrələri, fotoşəkilləri və özləri haqda digər pasport məlumatları var. Azərbaycan Respublikasının qanunvericiliyinə görə qadağan edilmiş bu addımın BDYPİ-inin əməkdaşları tərəfindən atılması kifayət qədər ciddi bir skandaldır. Hazırda məsələni aydınlaşdırmaq üçün əməkdaşlarımız araşdırmalarını davam etdirirlər.
 
Xatırladırıq ki, vətəndaşların şəxsi məlumatlarının qorunması Azərbaycan Respublikasının qanunvericiliyi ilə təmin olunur və məhkəmə qərarı olmadan heç bir vətəndaşın, fiziki və ya hüquqi şəxsin məlumatları heç bir orqan tərəfindən yayıla bilməz. Bu bir cinayətdir.

Qeyd edək ki, bu məlumat bazasını BDYPİ-dən qeyri-qanuni satın alan sığorta şirkətləri sığorta ödənişinə 1 ay qalmış vətəndaşların telefonlarına sutka ərzində zəng edərək onları narahat edirlər. Hər sığorta şirkəti zəng edərək öz xidmətini təklif etməklə vətəndaşları təngə gətirirlər. Bu məsələ ilə bağlı da redaksiyamızın elektron poçtuna onlarla şikayət məktubu daxil olub. Vətəndaşların hamısının narazalığı ondandır ki, sığorta şirkətləri onların ev, iş və mobil telefon nömrələrini haradan əldə ediblər.

Redaksiya: Mövzunu diqqətdə saxlayırıq
 
 
Sfera.az





OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...