BDU-nun yeni rektoru kimdir? - DOSYE

BDU-nun yeni rektoru kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, bu gün Preizdent İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 

"Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin”, – deyə sərəncamda qeyd edilir.

Yeni rektor kimdir?
 
Elçin Babayev 1965-ci il, aprelin 4-də Naxçıvan şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışıb.
 
 
Həmçinin, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, "ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsi şöbəsinin rəhbəri vəzifələrini də daşıyıb. 

OXŞAR XƏBƏRLƏR