BDU-dan ittihamlara cavab: \"“Gənc istedadlar” liseyi istedadlı şagirdlər üçündür\"
17:20 / 23.06.2017
4879
Xəbər verdiyimiz kimi, redaksiyamıza Sona Əliyeva (ad şərtidir -red.) adlı valideyn Bakı Dövlət Univetsiteninin "Gənc İstedadlar" Liseyində məktəblilər üçün keçirilən qəbul imtahanının doğru aparılmaması ilə bağlı şikayət daxil edib. Sona xanım adıçəkilən liseyə qəbul olunmaq üçün müraciət edən şagirdlərin valideynlərinin narazılıq etdiyini bildirib.
Sfera.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Bakı Dövlət Universiteti ilə əlaqə saxlayıb.
Universitetin mətbuat və informasiya şöbəsindən Sfera.az-a bildirilib ki, "Gənc istedadlar” liseyi adından da göründüyü kimi istedadlı şagirdlər üçündür:
"Hər il olduğu kimi, bu il də şagirdlərin seçimi böyük müsabiqə əsasında aparılır. Ona görə daha istedadlı şagirdləri seçmək üçün test kitabşasına bir neçə nisbətən çətinləşdirilmiş test daxil edilir. Bu testlər müvafiq fənlər üzrə lisey müəllimləri və universitet müəllimləri tərəfindən ekspertizadan keçirilir. Ekspertiza zamanı müəyyən edilib ki, Azərbaycan dili üzrə hər variant üzrə 1 testdə həqiqətən 2 doğru cavab var. Ona görə hər 2 cavabın doğru cavab kimi qəbul edilməsi üçün göstəriş verilib".
Orxan
Sfera.az