\"Bazarstore\" 53-cü filialını açdı

\
"Bazarstore” mağazalar şəbəkəsi "Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında növbəti mağazasını istifadəyə verib.

20 minə yaxın çeşiddə məhsulun olduğu mağazanın ümumi sahəsi 1760 m²-dir. Burada müştərilərin rahat alış-verişi üçün hər cür şərait yaradılıb.  "Keyfiyyətə, Gülərüzlü xidmətə, Təzəliyə və Sərfəli qiymətə BUYURUN” sloqanı ilə müştərilərinin ehtiyaclarını təmin etməyə və məhsul portfelini inkişaf etdirməyə davam edən "Bazarstore” hər gün təzələnən halal ət və ət məhsullarından tutmuş,  bişirilən isti çörəklər və digər un məmulatlarına, motal pendirindən tutmuş şora, baldan qaymağa qədər çox sevilən ləzzətləri seçərək müştərilərinə təqdim edir. Rəngarəng, gözoxşayan meyvə-tərəvəz hər zaman təzədir. "Tarladan süfrəyə” şüarı ilə yerli meyvə-tərəvəzlər 12 saat ərzində mağazalara çatdırlır. "Bazarstore” keyfiyyətdə əsla güzəştə getmir. Öz sahəsində öndə gedən peşəkar heyətləri sayəsində qayğı və diqqətlə seçdiyi yerli ləzzətləri "Bazarstore” keyfiyyəti ilə rəflərində təqdim etməyə davam edir.

Mağazadakı məhsullar gündəlik olaraq müəssisənin keyfiyyətə nəzarət mütəxəssisləri tərəfindən yoxlanılacaq. Həmçinin, endirim aksiyaları və kampaniyalar noyabrın 7-ə qədər davam edəcək. Fürsətləri qaçırmayın.

Qeyd edək ki, sayca 53-cü filialını açan "Bazarstore" şəbəkəsinin reklam istehsalatını və təşkilati dəstəyini "Admedia” şirkəti həyata keçirir.

2200-dən çox əməkdaşı ilə ildə 35000 000-a yaxın müştəriyə xidmət edən "Bazarstore” mağazalar şəbəkəsi fəaliyyətə başladığı gündən ölkədə pərakəndə sahəsinin öndəri və söz sahibi missiyasını davam etdirir. "Bazarstore” Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Qəbələ, Mingəçevir, Bərdə, Imişli, Lənkəran, Şəki, Zaqatalada  fəaliyyət göstərən mağazaları ilə qida və digər əsas tələbat məhsulları ilə bərabər  kosmetika, dəftərxana, mətbəx ləvazimatları, elektronika və tekstil kateqoriyaları ilə müştərilərinin ehtiyaclarını təmin edir.  












OXŞAR XƏBƏRLƏR

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...