Bazarlarda bayram ab-havası: Ucuzlaşan və bahalaşan məhsullar - SİYAHI

Bazarlarda bayram ab-havası: Ucuzlaşan və bahalaşan məhsullar - SİYAHI
Novruz bayramının gəlişi ilə əlaqədar olaraq bazarlarda bəzi məhsullarda bahalaşma, bəzi məhsullarda isə ucuzlaşma nəzərə çarpır.
 
Bahalaşan məhsullar sırasında ləpənin, püstənin adını xüsusi ilə vurğulamalıyıq.
 
Belə ki, bir neçə həftə öncə bazaralarda 22 manata olan püstənin qiyməti artıq 24 manatdır.
 
Bəzi ət məhsullarında da bahalaşma nəzərə çarpır. Bundan fərqli olaraq bəzi meyvə-tərəvəzlərin qiymətində ötən ayla müqayisədə azalma hiss olunur.
 
Sfera.az hazırda 8-ci kilometr bazarında olan pərakəndə qiymətləri sizə təqdim edir:
 
Sümüksüz iribuynuzlu cavan heyvan ətinin qiyməti 13.91 ANZ-dir. Ötən ay isə bu qiymət 12.33 AZN olub.
 
Sümüklü iribuynuzlu cavan heyvan ətinin qiyməti isə ötən ayda olduğu kimi qalıb - 11.50 AZN Sümksüz iribuynuzlu yaşlı qaramal əti cari ayda 8.26 AZN, ötən ay isə 9 AZN olub. Sümüklü iribuynuzlu yaşlı qaramal ətinin qiyməti ötən ay 7.44, cari ayda isə 7.50 AZN olub.
 
Sümüksüz iribuynuzlu yaşlı qaramal ətinin qiyməti ötən ay 7.44 AZN, cari ayda isə 8.26 AZN olub. Soğan ötən ay 0.68 AZN, cari ayda isə 0.64 AZN olub.
 
Alma ötən ay 0.68 AZN, cari ayda isə 0.70 AZN olub.
 
Pomidor ötən ay 3.30, cari ayda isə 3.08 AZN olub.
 
Narın qiyməti 3.60 AZN olub.
 
Alma (simerenko) cari ayda 0.70 AZN, ötən ay isə 0.68 AZN olub.
 
 
Nigar Məhərrəm 







 

OXŞAR XƏBƏRLƏR