Bazarda güclü partlayış: 30 nəfər öldü
14:30 / 20.07.2021
969
İraqın paytaxtı Bağdadın şərqində yerləşən, şiələrin sıx yaşadığı Madinat-Sədr rayonunun bazarında baş vermiş partlayışda ölənlərin sayı 30 nəfərə çatıb.
Sfera.az xəbər verir ki, yaralıların sayı 47 nəfərə yüksəlib. Bölgə polis rəisinin vəzifə səlahiyyətlərinə səhlənkar yanaşması səbəbin həbs edildiyi bildirilir.
Qeyd edilir ki, partlayış xeyli dağıntıya səbəb olub, bir neçə mağaza yanıb. Qurbanların arasında qadınlar və uşaqlar da var. Yerli təhlükəsizlik qüvvələri hadisəni terror hücumu kimi təsnif edib. Partlayıcı qurğunun kustar üsulla hazırlandığı bildirilib. Polis hadisənin arxasında kamikadze olacağını istisna etmir. İraq Baş naziri Mustafa əl-Kazimi hadisənin təcili araşdırılması barədə göstəriş verib. Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.