Bazar günü imtahan verənlərin NƏZƏRİNƏ: BUNLARI bilin ki, peşman olmayasız

Bazar günü imtahan verənlərin NƏZƏRİNƏ: BUNLARI bilin ki, peşman olmayasız
Bu il Azərbaycanda ali məktəblərə qəbul prosesində bir ilk yaşanacaq. Belə ki, ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanında abituriyentlər əvvəlki illərdən fərqli olaraq 5   deyil, cəmi 3 fənn üzrə, ümumilikdə 90 suala cavab yazmalı olacaqlar. Bu ilə kimi isə 3 saat ərzində abituriyentlər 125 suala cavab verirdilər.
Bəs bu yeni qaydalar abituriyentlərin vəziyyətini, imtahan prosesini asanlaşdırır yoxsa əksinə?   
 
 Lent.az bu sualla aydınlıq gətirməsi üçün təhsil üzrə ekspert Kamran Əsədova müraciət etdi. Ekspert bildirir ki, hazırda imtahanda abituriyentlərin toplaya biləcəyi maksimal ümumi  bal 400-dür. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində  iştirak edəcəklər.

Abituriyent sual kitabçasında verilmiş 1)  1-22, 31-52, 61-82 saylı qapalı test tapşırıqlarının hər birinə verilən 5 cavab variantından düzgün hesab olunan bir cavabı seçməli və cavab kartında müvafiq sualın nömrəsini tapıb və seçdikləri cavaba uyğun dairəni tam qaralamalıdır:
Əgər bir suala cavab olaraq birdən çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir.
2) 23-26, 53-56 və 83-86 saylı hesablama, seçim və xronologiya tipli açıq test tapşırıqlarının hər birinin cavabını (rəqəmlər və varsa nöqtə ardıcıllığını) cavab kartında bu cavab üçün nəzərdə tutulmuş damalara sol xanadan başlayaraq aydın şəkildə yazılmalıdır.
Sonra hər damanın altındakı sütunda uyğun rəqəmi (nöqtəni) tapıb onun yerləşdiyi dairə tam qaralanmalıdır. Əgər eyni bir sütunda birdən çox dairə qaralanarsa, onda cavab səhv hesab edilir.
3) 27, 57 və 87 saylı uyğunluğu müəyyən etmə tipli açıq test tapşırıqlarında təqdim edilmiş iki siyahının elementləri arasındakı uyğunluqlar müəyyən edilməli və cavab kartında birinci siyahının hər bir elementinin nömrəsinə müvafiq sütunda 2-ci siyahının uyğun elementlərinə aid dairələri tam qaralanmalıdır.
4) 28-30, 58-60, 88-90 saylı situasiya və yaxud mətn üzrə təqdim olunan açıq test tapşırıqlarının hər birinin cavabını isə cavab vərəqində həmin tapşırıq üçün verilmiş hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazılmalıdır.
Ümumi bal hesablanarkən qapalı suallar üzrə doğru cavabların sayından həmin suallar üzrə səhv cavabların sayının ¼-i çıxılır, açıq tipli test tapşırıqları üzrə isə səhv cavablar doğru cavabların sayına təsir göstərmir”.
K.Əsədov onu da vurğuladı ki, hər bir abituriyentdə saatın olması mütləqdir.
"Vaxtdan düzgün istifadə etmək baxımından saat vacibdir. Amma başqa aksesuarlardan istifadə düzgün deyil. Parıltılı, qoxulu geyimlərin yerinə, rahat geyimlər seçilməlidir. Qızlar saçlarını toplasalar, daha rahat olarlar”.
Müsahibimizin sözlərinə görə, şərh edilən bu qayda ilə ilk dəfə olaraq kurikulum yolu ilə məktəbi bitirənlər imtahan verəcəklər.
Qeyd edək ki, mayın 12-də I və IV ixtisas qrupları üzrə keçiriləcək imtahanlar respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 59 binada aparılacaq. İmtahanların idarə olunmasına 235 imtahan rəhbəri və 2562 nəzarətçi-müəllim cəlb olunacaq.
Məlumat üçün bildirək imtahanda 32173 abituriyent iştirak edəcək. Onlardan 27225 abituriyent I qrup üzrə, 4948 abituriyent isə IV qrup üzrə imtahan verəcək.

OXŞAR XƏBƏRLƏR

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...