Bayraqla birlikdə havaya qalxan əsgər yerə çırpıldı – VİDEO
19:35 / 28.02.2019
4035
Meksikanın Çiuaua ştatında bayraq qaldırma mərasimində gözlənilməz hadisə yaşanıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Raul Misal Flores adlı əsgər bayrağı qaldırarkən ayağı parçaya ilişib və bayraqla birlikdə 6 metr yüksəkliyə qalxıb.
Bayraq tam açıldıqda isə Raul hündürlükdən yerə çırpılıb. Ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılan əsgər sinəsindən və ayaqlarından travma alıb, 3 qabırğası sınıb.
Hazırda vəziyyəti stabil olan Floresi qubernator Xavyer Korral ziyarət edib.