Bayramov BQXK-nın vitse-prezidenti ilə görüşdü

Bayramov BQXK-nın vitse-prezidenti ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Sfera.az-a verilən məlumata görə, görüşdə C.Bayramov ölkəmizin BQXK ilə faydalı əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. Son bir il ərzində qarşı tərəflə bir sıra görüşlərin, o cümlədən BQXK-nın Cenevrə ofisində, habelə beynəlxalq platformalar çərçivəsində keçirilmiş görüşlərin bunun bariz nümunəsi olduğunu bildirib. Ölkəmizin BQXK-nın beynəlxalq hüquqa və müvafiq BMT qətnaməsinə uyğun olaraq Azərbaycan ərazisindəki humanitar missiyasının həyata keçirilməsinə hər zaman dəstək verdiyi vurğulanıb və bu xüsusda, qarşı tərəflə dialoqun davam etdirilməsinin əhəmiyyəti səsləndirilib.

C.Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası yaranmış yeni reallıqlar və Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən konkret addımlar barədə ətraflı məlumat verib.

BQXK-nın vitse-prezidenti Qil Karbonye Azərbaycan hökuməti tərəfindən təşkilatın fəaliyyətinə göstərilən dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Bölgədəki yeni reallıqları nəzərə alaraq mövcud humanitar prioritetlər əsasında qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb. Vitse-prezident hazırkı mərhələdə Azərbaycan tərəfi ilə erkən bərpa, sağlamlıq, tibb işçilərinin təlimi, habelə humanitar fəaliyyətə yeni texnologiyaların cəlb edilməsi və s. istiqamətlərdə fəaliyyətin həyata keçirilməsindən bəhs edib. O, həmçinin Yaxın Şərq bölgəsindən Azərbaycan əsilli vətəndaşlarının, xüsusilə qadın və uşaqların ölkəyə qaytarılması istiqamətində Azərbaycan tərəfindən görülən işlərin təqdirəlayiq olduğunu bildirib.

C.Bayramov itkin düşmüş azərbaycanlılar barədə məlumatın əldə edilməsinin ölkəmiz üçün əhəmiyyət kəsb etdiyini söyləyib və bu xüsusda BQXK-nın hələ 1-ci Qarabağ müharibəsindən itkin düşmüş şəxslər barədə məlumatın toplanması istiqamətində gördüyü işlərin yüksək qiymətləndirildiyini qeyd edib.

Tərəflər həmçinin BQXK-nın bölgədəki humanitar missiyası ətrafında fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...