Bayramda yığdığımız kilolardan QURTULMA YOLLARI

Bayramda yığdığımız kilolardan QURTULMA YOLLARI

Dietoloqlar bayramda yığdığımız kilolardan qurtulma yollarını açıqlayıblar.

Sfera.az xəbər verir ki, almaniyalı mütəxəssis Maykl Despegel, bir neçə həftəyə 2 + 2 + 4 formuluna riayət etməyi məsləhət görüb.

2+2+4 formulu nə deməkdir?

Dietoloqun fikrincə arıqlamağın ilk asan yolu kardio məşqlərdir. Mütəxəssis yağ mübadiləsini yaxşılaşdırmaq üçün həftədə iki dəfə kardio məşqi məsləhət görür.
İkinci qayda, həftədə iki dəfə ağır fiziki məşqlərdir. Onlar əzələləri gücləndirməyə kömək edir.

 

İdmanla məşğul olduğunuz bu 4 gündə dietoloq düzgün və azkalorili qidalanmaya riayət etməyi məsləhət görür. Digər günlərdə məşqlərdən və ciddi pəhrizdən istirahət edə bilərsiniz. Ancaq bu, yenidən yağlı və ağır yeməklərlə qidalana biləcəyiniz demək deyil. Həkim adi günlərdə də yüksək kalorili qidalardan uzaq durmağı məsləhət görür. (ölkə.az)


OXŞAR XƏBƏRLƏR