\"Bayram Səfərov düşmənə arvad qarğışı ilə cavab verir\" - Sabir Rüstəmxanlıdan SƏRT AÇIQLAMALAR

\
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı ssenari müəllifi Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov olan "Qafqaz triosu" filmi ilə bağlı fikirlərini bölüşüb.
 
O, Sfera.az-a açıqlamasında deyib ki, sözügedən filmdə ciddi səhvlərə yol verilib:
 
"Sözügedən filmlə bağlı Ayaz Salayevin yazdığı məqaləni oxumuşam. Həmin məqalədə Ayaz Salayevin bütün fikirləri ilə tam razıyam və onun mövqeyini müdafiə edirəm".
 
S.Rüstəmxanlı təəssüflə qeyd edib ki, son illər Azərbaycanda sanki ermənipərəstlik güclənir:
 
"Ermənilərin tez-tez Azərbaycana dəvət olunması və digər bu kimi hadisələr ermənipərəstliyin gücləndiyini göstərir. Təsəvvür edin ki, ermənilərin yeni baş naziri Nikol Paşinyan Şuşaya gəlib Azərbaycanı hədələyir. Ancaq Qarabağ İcmasının rəhbəri Bayram Səfərov da qadın qarğışı edərək, deyir ki, onun ayaqları sınaydı. İcma rəhbəri düşmənə qarğışla cavab verir. Belə diplomatiya olar? Belə reaksiya olmaz axı!
 
Çox təəssüf ki, Rusiyada da ermənilərlə alver edən, qohum olan adamlar açıq şəkildə deyir ki, Qarabağ mənim problemim deyil və sairə. Azərbaycana bundan böyük riyakarlıq və xəyanət ola bilməz. Əslində, həmin adamların cəzası verilməlidir".

Xalq şairi sözügedən filmlə bağlı İbrahimbəyovu da tənqid edib:
 
"Çox təəssüf ki, ziyalı dediyim adamların içərisində də bu cür düşünənlər var. Onlar hələ də ermənilərlə qonşuluğun xiffətini çəkir. Mən bu filmdən daha çox Azərbaycan cəmiyyətinin bu kimi hadisələrə biganəliyindən heyrətlənirəm. Təsəvvür edin ki, bu film 3 il öncə çəkilib. Ancaq jurnalistlərimiz indi oyanırlar. Halbuki, bu filmlə bağlı 3 il əvvəl ona cavab verilməli idi".
 
Sfera.az
Orxan Bəşirov
 

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi BAŞA ÇATDI -YENİLƏNDİ

Əməkdar artıst Cavanşir Məmmədovla vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, mərasim mərhumun yaşadığı evdə baş tutub.   Vida m...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...