Bayram günlərində pulsuz nəqliyyat: BAKIDA ANKARA TƏCRÜBƏSİ MÜMKÜNDÜRMÜ?

Bayram günlərində pulsuz nəqliyyat: BAKIDA ANKARA TƏCRÜBƏSİ MÜMKÜNDÜRMÜ?
 
"Türkiyədə başa düşürlər ki, bayramlarda insanlara xoş əhval-ruhiyyə yaratmaq üçün ucuzluğa getmək lazımdır. Azərbaycanda isə əksinədir..."


Sfera.az-a açıqlamasında bu sözləri bir sıra ölkələrdə bayram günləri ictimai nəqliyyatın pulsuz olmasına rəğmən Azərbaycanda anoloji addımın hələ də atılmamasına münasibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib.


Azərbaycanda anoloji təcrübənin olmamasını həmsöhbətimiz təfəkkür tərzilə əlaqələndirdi: "Türkiyədə belə bir mədəniyyət formalaşıb ki, bayram günləri qiymətlər aşağı düşür, ucuzluq yaranır. Türkiyədə başa düşürlər ki, bayramlarda insanlara xoş əhval-ruhiyyə yaratmaq üçün ucuzluğa getmək lazımdır. Azərbaycanda isə əksinədir, hər dəfə bayramlarda qiymətlər kəllə-çarxa qalxır. Belədə bizdə insanlar bayramlarda xoş əhval-ruhiyyə görmür, əksinə əziyyət çəkərək az qala bayramlara lənət oxuyur. Başqa ölkələrdə müxtəlif bayramlarda ictimai nəqliyayt pulsuz olsa da, Azərbaycanda bunun baş erməməsi təfəkkür tərzilə bağlıdır”.


S. Cəlaloğlu qərar qəbul edən təşkilat və rəsmiləribayramların fəlsəfəsini anlamamaqda günahlandırdı: "Ölkəmizdə bayramları adətən zahiri görünüşünə, effektinə görə qeyd edirlər. Amma bayramlarda edilən hərəkətlərin insanı nə qədər xoşbəxt etdiyi, əhval-ruhiyəyə nə qədər təsir etdiyi barədə düşünmürlər. Azərbaycanda bayram gələn kimi dərhal qiymətləri də qaldırırlar. Belə bir ölkədə hökumətin ictimai nəqliyyatı bayram günləri pulsuz etməsi gözlənilən deyil. Çünki ölkəmizdə bayramın fəlsəfəsini anlayan insanlar yoxdur ki, onun ruhuna uyğun da qərarlar verə bilsinlər”.

 

Qeyd edək ki, Türkiyədə, paytaxt Ankaranın yeni meri təkcə dini deyil, digər bayram günləri də ictimai nəqliyaytdan əhalinin pulsuz istifadə etməsilə bağlı qərar verib. Belə təcrübədən Avropa və ABŞ-ın bir sıra ştatlarında da yararlanırlar. Həmin addımda məqsəd bayram günləri insanların əhval-ruhiyyəsini daha da yüksəltməyə hesablanıb. Azərbaycanda isə bayram günləri həm mal, məhsulların qiyməti qalxır, həm də ictimai nəqliyyat əvvəlki günlər tək pullu olmaqda davam edir.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var"

Biz Avrasiya İqtisadi Birliyin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilmişik.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbayca...

EBRD ilə COP29 üçün maliyyələşmə mexanizmlərinin tətbiqi MÜZAKİRƏ OLUNDU

Azərbaycan İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexa...

Dövlət Xidməti məktəblini təltif etdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 67 saylı tam orta məktəbdə tədbir keçirilib...

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin de...

Azərbaycanda 51 kiloqram narkotik AŞKARLANDI - Həbs olunan var

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər.   Bu barədə Sfera.az-a ...

Prezident ADA Universitetində forumda iştirak edir

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir.   Sfera.az xəbər verir ki...