“Bayraktar TB3” bu tarixdə havaya qalxacaq

“Bayraktar TB3” bu tarixdə havaya qalxacaq
Türkiyədə keçirilən "Texnofest” aerokosmik texnologiyalar festivalı davam edir.

Sfera.az xəbər verir ki, bu gün festivalın təşkilat komitəsinin sədri Səlcuq Bayraktar "Take Off” platforması çərçivəsində təqdimatla çıxış edib.
O, PUA və pilotsuz hərbi təyyarələrin istehsalı ilə bağlı gələcək planlar barədə məlumat verib.

Festival təşkilatçısının sözlərinə görə, hazırda "Bayraktar TB3” və digər pilotsuz uçuş vasitələri, o cümlədən də hərbi təyyarələrin hazırlanması üzərində fəal iş aparılır. "Bayraktar” PUA-larının yeni nəslinin ilk uçuşunun 2022-ci ildə həyata keçiriləcəyini bildirən Səlcuq Bayraktar onların bəzi xüsusiyyətlərini də açıqlayıb.

"Yeni PUA TB2-dən bir az böyük, "Akıncı”dan bir qədər kiçik olacaq. O, aviadaşıyıcı gəmilərə eniş edə biləcək. Bu yeni PUA-mızın başlıca özəlliyi olacaq.
 
Hazırda bu silahın dünyada bənzəri yoxdur. Həmçinin, analoqu olmayan pilotsuz hərbi təyyarələrimiz də dünyadakı qüvvələr nisbətini dəyişəcək”, -deyə Bayraktar bəyan edib.

Qeyd edək ki, "Texnofest” öz işini sentyabrın 27-dək davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR

Deputatdan MÜHÜM TƏKLİF: "Onlar da nəzərə alınmalıdır"

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...