Baykal gölünü bəzəyən buzdan heykəllər - Fotolar
11:20 / 28.02.2020
2301
Dünyanın ən böyük şirin su mənbəyi olan Baykal gölü buzdan heykəllərlə bəzədilib.
Sfera.az xarici mediaya istinadən bildirir ki, ilk dəfə baş tutan "Olxon Buzdan Heykəllər Festivalı" çərçivəsində hazırlanan bir-birindən heyrətamiz sənət əsərləri əraziyə çoxlu sayda turist cəlb edir.
Heykəllər Rusiyanın müxtəlif bölgələrindən və Monqolustandan gələn heykəltəraşlar tərəfindən yaradılıb.
Festival 5 gün davam edib. (yeni sabah)