Bayıl sürüşmə zonası ilə bağlı SON VƏZİYYƏT

Bayıl sürüşmə zonası ilə bağlı SON VƏZİYYƏT
Bayıl yamacında ötən ilin fevral ayında baş vermiş sürüşmə hadisəsindən sonra dövlət qurumları tərəfindən burada müvafiq tədbirlər həyata keçirilib. İlk növbədə, yararsız hala düşmüş 6 evin sahiblərinə müvafiq kompensasiya, təhlükə zonasındakı 98 evin sahiblərinə 11 aylıq kirayə haqları ödənilib.

Sfera.az-ın məlumatına görə, bunu Səbail rayon İcra Hakimiyyəti başçısınin 2 saylı Ərazi nümayəndəliyinin rəhbəri Mübariz Güləhmədov bildirib.

M.Güləhmədov qeyd edib ki, sürüşmə zonasında yerli və xarıcı mütəxəsislərin iştirakı ilə araşdırmalar aparılıb və hazırda bu işlər davam etdirilir:

"Bu ərazidə ötən əsrin 70-90-cı illərində tikilən fərdi yaşayış evlərinin demək olar ki, böyük əksəriyyəti sənədsiz, qeyri-qanuni tikililərdir. Sakinlərin tikililərə dair heç bir mülkiyyət sənədi və ünvana qeydiyyatları yoxdur. Sonradan 90-cı illərdə də isə burada 27 məcburi köçkün ailəsi məskunlaşıb".

Onun sözlərinə görə, bu gün bu ərazidəki vəziyyət dövlət qurumlarının nəzarətindədir, məsələyə Nazirlər Kabinetində baxılır:

"Nazirlər Kabinetinin çıxaracağı qərara uyğun olaraq icra strukturları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək. Sürüşmə zonasında yaşayanlar üçün kömpensasiyaların ödənilməsi və ya digər tədbirlərin görüləcəyi ilə bağlı məsələlər barədə mülahizə yürütmək düzgün deyil. Çox vaxt bəzi maraqlı tərəflər bilərəkdən burada narazılıq yaratmağa çalışır, öz problemlərini qabardır, kompensasiyaların məbləğinin daha da çox verilməsi və digər əlavə haqsız tələblər irəli sürürlər. Məsələnin hansı şəkildə həll olunacağı Nazirlər Kabinetinin qərarından sonra müəyyən ediləcək".


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...