Baydendən Rusiya ilə bağlı növbəti qərar
Dünya
00:14 / 04.03.2021
1407
ABŞ Prezidenti Co Bayden Ukrayna və Krımdakı mövcud vəziyyətdən dolayı Rusiyaya tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.
"Bayden belə qərara gəldi ki, sanksiyalar 6 mart 2021-ci il tarixindən sonra da qüvvədə qalmalıdır”, - deyə bildirilib.