“Bavariya” və “Lion”dan biabırçı məğlubiyyət

“Bavariya” və “Lion”dan biabırçı məğlubiyyət
Qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Növbəti mərhələyə 2 vəsiqənin sahibi "Barselona" və "Liverpul" olub.

İspaniya təmsilçisi ilk görüşdə qolsuz heç-heçə etdiyi "Lion"u darmadağın edib. Messinin dubl etdiyi görüşdə komanda yoldaşları Koutinyo, Pike və Dembele də fərqlənib.

Gecənin daha çox maraq kəsb edən oyunu Münhendə baş tutub. Burada yerli "Bavariya” "Liverpul”la qarşılaşıb. Bu komandalar arasındakı ilk qarşılaşmada da qapılara top vurulmamışdı. Cavab matçında isə rəqibini 3:1 hesabı ilə məğlub edən "Liverpul" 1/4 finala yüksəlib.

Beləliklə, "Ayaks" (Hollandiya), "Tottenhem", "Mançester Yunayted", "Mançester Siti" (hər üçü İngiltərə), "Portu" (Portuqaliya) və "Yuventus"un (İtaliya) ardından "Liverpul" və "Barselona" da 1/4 finalda oynamaq hüququ qazanıb.   

Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
13 mart

"Barselona” (İspaniya) – "Lion” (Fransa) - 5:1
Messi 17 (pen); 78;  Koutinyo,31; Pike, 81; Dembele, 86 - Tausart, 58
Barselona. "Nou Kamp” stadionu. Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 0:0
"Barselona”: 1.Ter Ştegen, 3. Jerard Pike, 4. İvan Rakitiç, 5. Serxio Buskets, 7. Koutinyo, 8. Artur, 9. Luis Suarez, 10. Lionel Messi, 15. Klement Lenqlet, 18. Jordi Alba, 20. Serji Roberto
"Lion”: 1. Antoni Lopez, 5. Ceyson Denayer, 6. Marselo, 9. Musa Dembele, 11. Memfis Depay, 14. Leo Dubois, 18. Nabil Fekir, 20. Fernando Marçal, 22. Mendi, 28. Tanguy Ndombele, 29.Lukas Tausart


"Bavariya” (Almaniya) – "Liverpul” (İngiltərə) - 1:3
Matip, 38 (avtoqol) - Mane, 26; 84; Van Diyk, 69
Münhen. "Alyans Arena”. Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 0:0
"Bavariya”: 1. Manuel Noyer, 4. Niklas Süle, 5. Mats Hummels, 6. Tyaqo Alkantara, 7. Frank Riberi,  8. Xavi Martinez, 9. Robert Levandovski, 11. Xames Rodrigez, 13. Rafinya, 22. Serj Qnabri, 27. David Alaba,
"Liverpul”: 13. Alison Bekker, 3. Virgil Van Diyk, 5. Jorjinyo Vaynaldum, 7. Jeyms Milner, 8. 9. Roberto Firimino, 10. Sadio Mane, 11. Mohammed Salah, 14. Cordan Henderson, 26. Endi Robertson, 32. Coel Matip, 66. Trent Aleksandr Arnold

 

OXŞAR XƏBƏRLƏR

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...