Başqasının telefonuna boylananların nəzərinə: Belə ifşa olunacaqsız - VİDEO

Başqasının telefonuna boylananların nəzərinə: Belə ifşa olunacaqsız - VİDEO

"Google" şirkətinin tədqiqatçıları istifadəçini onun çiyni üzərindən telefon ekranına baxan şəxslər haqqında xəbərdar edən proqram hazırlayıblar.

Sfera.az xəbər verir ki, şirkətin məlumatına görə, kompüter təlimindən istifadə edən proqram təminatı qurğu sahibi olmayan və ekrana baxan şəxsin sifətinin müəyyənləşdirilməsi üçün smartfonun ön kamerasını tətbiq edir. Proqram real vaxt rejimində istifadəçini smartfon ekranında yad şəxsin mətn oxuması və ya internet səhifəsini izləməsi barədə xəbərdar edir.

Tədqiqatçıların dərc etdiyi videoda "Google Hangouts" messencerində aparılan yazışmanın smartfonun ön kamerası tərəfindən ekrana baxan tanış olmayan insanlar aşkarlanan zaman dəfələrlə dayandırılmasını görmək mümkündür. Yad insanın üzü qırmızı çərçivəyə alınır, sifətin aşağı hissəsində isə istifadəçinin xəbərdarlığı dəqiq görməsi üçün rəngli zolaq əmələ gəlir. Bundan başqa, ekranda "A STRANGER IS LOOKING ALERT!!!" bildirişi görünür.

Məlumata görə, hazırda funksiyanın işinin texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilməsə də, əminliklə demək olar ki, proqram təminatı qurğu sahibi olmayan insanların sifətini tanıya və gözlərinin vəziyyətini izləyə bilir.

"Neuro Information Processing Systems" (NIPS) konfransında təqdim ediləcək texnologiya hazırda tam funksiyadan daha çox elmi layihə şəklindədir.(publika.az)
 
]
 

DİGƏR XƏBƏRLƏR