"Başa düşə bilmirəm, bunlar həkimdi, yoxsa biznesmen?" - Rövşanədən sərt sözlər

"İnsanlıq həkimdə vacibdir. Bəzən o qədər soyuqqanlı həkimlə qarşılaşırıq ki, bütün ümidimizi itiririk".

 
Sfera.az-ın məlumatına görə, bu sözləri Rövşanə Ağasəfqızı özünün aparıcısı olduğu "Düz bazar" verilişində deyib. Bəzi həkimlərin qeyri-peşəkarlığından danışan aparıcı onlara səslənib:

"Üzümü tutub onlara deyirəm ki, insanlığı itirməyin. Kimsə başına nə gələcəyini bilmir. Sağlam insan buradan çıxa bilər, başına nə gələcəyindən xəbərsizdir. Amma həkimin pasientə soyuqqanlı, bir əşya və ya pul, gəlir mənbəyi kimi yanaşması ilə mən də rastlaşmışam. Mənə olmasa da, ətrafımdakılara olub. 

Çox dəhşətdir. Həkimlərin xəstəyə insanlıqdan uzaq yanaşması narahatlıq yaradır. Belə həkimin yanına getməsinlər. Cavan həkimlər gedib xaricdə təcrübə keçirlər. "Diplom aldım, atdım, atam-anam işə düzəldəcək, pul qazanacam" deməyənlər də var. 

Bəzən elə dərmanlar yazırlar ki, səhhətimiz irəli yox, geri gedir. Gedib həkimin üstünə düşmürük, başqasına gedirik. Amma deməliyik ki, ay həkim, sənin yazdığın dərman mənim qaraciyərimə, böyrəyimə ziyan vurdu. Həkim çıxıb özünü reklam edəcək, pasientin də beli qırılacaq.

Göz həkimi var ki, əvvəl efirə çıxmaq üçün az qalırdı növbə gözləyirdilər. Bu gün qapısında 200-300 pasient dayanır, telefona cavab vermirlər. Başa düşə bilmirəm ki, bunlar biznesmendi, həkimdi, yoxsa ciblərini doldurmaq üçün çalışanlardı. Bir göz həkimi ilə belə bir hadisə başıma gəlib. Zaman var idi efirimdən düşmürdü.

Soyuqqanlı, insanlıqdan uzaq həkimlər, ola bilər savadlıdır. Amma pasientlə münasibət yaxşı olmalıdır. Xəstə həkimi sevməlidir".
 
Axşam.az


OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...