Baş verən yanğın təxribat ola bilərmi? - AÇIQLAMA
13:11 / 02.03.2018
4071
Xəbər veridiymiz kimi bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Hadisə nəticəsində öncə 30, daha sonra isə 24 nəfərin öldüyü deyildi. Hazırda isə ölənlrin sayının 25-ə çatdığı bildirilir.
Seçki öncəsi baş verən bu hadisə təxribat ola bilərmi?
"Müasir Müsavat” partiyasnın sədri Hafz Hacıyev Sfera.az-a açıqlamasında bu ehtimaldan danışıb:
"Bizim mentalitetimizdə bir laqeydlilik var. Hər şeyə, əşşi, deyərək üstündən keçirik. Amma bu reallıqdır ki, Azərbaycanı istəməyən dövlətlər var. Beyin mərkəzləri Azərbaycanda seçki qabağı çaxnaşma yaratmaq üçün işə keçirlər. Məqsəd seçkilərə kölgə salmaqdır. Yanğının bir səbəbi də bununla bağlı ola bilər”.
Millət vəkili Fazil Mustafa da baş verən yanğın haqda danışaraq bu işin ciddi araşdırmaya ehtiyacı olduğunu söyləyib:
"Bu hadisənin baş verməsində təxribat ehtimalı da var. Amma bir məsələ də var, baş verən olay nə qədər təxribat olsa da, burada insan həyatından söhbət gedir. Hər yerdə təxribat ola bilər. Bu o demək deyil ki, 24 nəfər yanaraq ölməlidir. Səhiyyə müəssisələrində bu amillərə nəzər yetirilməlidir. Onlar köməksiz insanlardır. Bəs bu məsələdə məsuliyyət daşıyan şəxslər hara baxır, onlar haradadır? Mühafizə xidməti hara baxır? Burada çox ciddi hadisədən söhbət gedir. Bu hadisə ciddi olaraq araşdırılmalıdır ki, insanlar heç nədən toyuq-cücə kimi qırılmasın. Milli Məclisin özündə belə təxliyyə planı asılıb ki, hadisə baş verərsə, kim haradan necə çıxa biləcək”.
Nigar Məhərrəm
Sfera.az