Baş pediatrdan XƏBƏRDARLIQ: \"Balans pozulur\" - \"Günahkar kişilərdir\"

Baş pediatrdan XƏBƏRDARLIQ: \
Son illər Azərbaycanda doğulan uşaqlar arasında balans pozulmağa doğru gedir.
 

Sfera.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev APA-ya bildirib ki, təbii statistikaya əsasən, hər 100 nəfər qıza 106 oğlan düşməlidir. Azərbaycanda isə real rəqəmlərin fərqli olduğunu deyən N.Quliyevin sözlərinə görə, ölkədə 100 qıza 117 oğlan düşür.

Baş pediatr qeyd edib ki, ötən ilin statistikasında oğlanlarla qızlar arasında 4% fərq müşahidə olunub: "Bu məsələdə kişilərin daha çox günahı var. Çünki onların "Mənim oğlum olsun", "Daha çox oğlan istəyirəm" və sairə kimi fikirləri yekunda bugünkü nəticələrə gətirib çıxarır. Amma bu vəziyyət uzun müddət davam edə bilməz.

 

Belə tendensiyanın davam etməsinin qəti şəkildə tərəfdarı deyilik. Çünki təbiətin yaratdığını pozmaq olmaz. Dəfələrlə məsələ ilə bağlı Səhiyyə Nazirliyi mütəxəssislər səviyyəsində fikirlər, rəylər bildirib. Yəqin ki, dövlət, Milli Məclis səviyyəsində müvafiq tədbirlər görüləcək. İnanırıq ki, lazımi tədbirlərdən sonra bu fərq aradan qalxacaq".


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...