Baş nazirin yeni köməkçiləri məlum oldu
10:25 / 23.10.2019
8539
Nazirlər Kabineti Aparatının yeni İşlər müdiri və Baş Nazirin yeni köməkçisi təyin edilib.
Sfera.az-ın APA-ya istinadən xəbərinə görə, Baş Nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov Nazirlər Kabineti Aparatını İşlər müdiri, Ələsgər Ələsgərov isə Baş nazirin köməkçisi təyin olunub.