Baş nazirin müavini qiymət artımından DANIŞDI

Baş nazirin müavini qiymət artımından DANIŞDI

Baş nazirin müavini Əli Əhmədov Novruz bayramı öncəsi bazarlarda məhsulların qiymətlərinin qalxması barədə səslənən məlumatlara münasibət bildirib.

Sfera.az  Trend-ə istinadən xəbər verir ki, baş nazirin müavini bildirib ki, bu yaxınlarda Novruz bayramı öncəsi qiymətləri nəzarətdə saxlamaq üçün bir neçə marketdə olub: "Qiymət yanaşmaları müxtəlifdir. Mətbuat qiymətlərin qalxması barədə daha çox həyəcan təbili çalır. İki böyük ticarət mərkəzinə səfərim zamanı qiymətlərin insanları narahat edəcək dərəcədə qalxmadığını müşahidə etdim. Bunu öz gözlərimlə gördüm".

Ə.Əhmədov bildirib ki, Azərbaycanda ənənəvi olaraq, həmişə bayram öncəsi məhsullarda qiymətlər qalxır, amma bu, belə olmamalıdır: "Ticarətçilər bayram öncəsi müştərilərin çoxaldığını görürlər və bundan istifadə edirlər. Bəlkə də başqa cür olsaydı, daha yaxşı olardı. Amma bu da reallıqdır".

 

Ə.Əhmədov hesab edir ki, Azərbaycanda məhsullarda qiymətlərin yüksək olması mətbuatda təsvir edilən qədər deyil. Baş nazirin müavini bildirib: "Hökumət olaraq, vəzifə borcumuz bazardakı qiymətlərin qalxmasına imkan verməməkdir. Hökumət bu barədə fikirləşir. Əgər imkan olsa, bayramqabağı bazarlara yenə də baş çəkərəm".


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...