Sİyasət

Baş nazirdən hərbi qulluqçuların pensiya təyinatı ilə bağlı — YENİ QƏRAR

Baş nazirdən hərbi qulluqçuların pensiya təyinatı ilə bağlı — YENİ QƏRAR
Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında qərara dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə əsasən, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilənədək, onun əməkdaşlarının malik olduqları xidmət illəri həmin şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması zamanı nəzərə alınır.

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930