Baş nazirdən Azərbaycanda koronavirusla bağlı vacib qərar

Baş nazirdən Azərbaycanda koronavirusla bağlı vacib qərar

Nazirlər Kabineti "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərar verib.

Sfera.az  Nazirlər Kabinetinə istinadən xəbər verir ki, yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilib.

Bunu nəzərə alaraq Nazirlər Kabineti yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılmasının məhdudlaşdırılması barədə qərar verib.

Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi bu qərardan irəli gələn məsələləri həll eməlidirlər.

Bu qərar 2020-ci il mayın 1-dək qüvvədədir. (baku.ws)


OXŞAR XƏBƏRLƏR

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...

Bayden qanunu imzalayacaq, lakin "TikTok" ABŞ-də qadağan olunmaya bilər - SƏBƏB

Xəbər verdiyimiz ki, Co Bayden bu gün ABŞ-də “TikTok”un qadağan olunması ilə bağlı qanun layihəsi imzalayacaq.   Sfera.az bildirir k...

"Yuventus" 22-ci FİNALDA - Növbəti görüşün tarixi BƏLLİ OLDU

Dünən, aprelin 23-də “Yuventus” İtaliya kubokunun yarımfinal cavab oyununda “Latsio”ya 1:2 hesabı ilə uduzsa da, ümumi hesabda daha da i...

Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ 

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. &nb...

"Bakı ən çox xarici investisiya qoyulan 3 şəhərdən biridir" – Mikayıl Cabbarov

2023-cü ildə ən çox birbaşa xarici investisiya yatırılan şəhərlərin reytinqində Bakı üçüncü yerdə qərarlaşıb.  Sfera.az xəbər verir ki, bu haqda məlum...