\"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının əsas səbəbi...\" - Artur Rasi-zadə

\
"İndiyədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ prolebleminin həlli istiqamətində ciddi dönüşə nail olunmamasından təəssüf hissi keçirirəm. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının əsas səbəbi Ermənistanın öz havadarlarına arxalanan cinayətkar rəhbərliyinin qeyri-konstruktiv mövqeyidir”. 

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Artur Rasi-zadə bu gün Milli Məclisdə 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini təqdim edərkən deyib. 

Baş nazir bildirib ki, dövlət başçısı hamımızın ağrılı yeri olan bu məsələni gündəlik diqqətdə saxlayır:

"Münaqişənin sülh yolu istiqamətində həlli ilə yanaşı, hərbi variantının da mümkünlüyü nəzərə alınaraq, ordumuzun hərbi gücü artırılır. Ordumuzun maddi-texniki təminatı gücləndirilir, müasir silah və sursatla təmin olunur. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu bir daha gücünü göstərdi. Müdafiə Sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisəslərində 1200-dən çox məhsul istehsal olunur. Bu gün Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar xarici ölkələrə də ixrac olunur”.

Orxan Bəşirov

OXŞAR XƏBƏRLƏR

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...