Baş nazir 29 yaşlı müğənni ilə evlənir

Baş nazir 29 yaşlı müğənni ilə evlənir
 
Estoniyanın baş naziri Taavi Rıyvas müğənni Luiza Vryaka evlənmə təklif edib.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Rıyvas öz "Twitter” səhifəsində yazıb. 

"Yayda şəxsi planda çoxdan gözlənilən qərar verildi. Xoşbəxtlikdən müsbət cavab alınıb”. 

Müğənni isə baş nazirin paylaşımını şərh edərək "toy yaxındadır” deyə mesaj verib.

Qeyd edək ki, Estoniyanın baş nazirinin 37 yaşı var. O, 2007-ci ildən 29 yaşlı Luiza Vryakla münasibətdədir. Onların Miyna Rihanna adlı qızları var. İlin sonunda daha bir övladın dünyaya gələcəyi gözlənilir.

Rıyvas 2014-cü ildən Estoniyanın baş naziridir. 


OXŞAR XƏBƏRLƏR