İdman

Baş məşqçiyə şok cəza: 10 şallaq vurulacaq

Baş məşqçiyə şok cəza: 10 şallaq vurulacaq
Səudiyyə Ərəbistanının "Əl Vahda" klubundan istefaya göndərilən baş məşqçi Midonu ağır cəza gözləyir.

36 yaşlı mütəxəssisə şallaq cəzası verilə bilər.

Buna səbəb onun azarkeşi təhqir etməsi olub. Tam adı Ahmed Hüssam Hüseyn Abdülhəmid olan mütəxəssis çepmionatda "Əl Nəsr"ə 0:4 hesabı ilə yenildikləri oyundan sonra "Twitter"də bir azarkeşi təhqir edib.

Bir azarkeş oyundan sonra Midoya "Xahiş edirəm, "Əl Vahda"dan istefa ver. Məşqçilik stilini anlayırıq, amma bu bizim üçün faydlı deyil. Baş məşqçi olmaq əvəzinə, şərhçilik etmək sənin üçün daha yaxşıdı. Danışdığın sözlər gözəldi, amma məşqçi kimi çox yaxşı deyilsən" yazıb.
 
Baş məşqçi isə ona ailəsini təhqir etməklə cavab verib. Lakin sonradan şərhini silib.

Mido bundan sonra istefaya göndərilib. Klubdan verilən açıqlamada misirli mütəxəssisin söyüşə görə qovulduğu bildirilib: "Mido nəticələrə görə yox, rəsmi hesabından yazdığı, sonra isə sildiyi "tvit" səbəbindən vəzifəsindən kənarlaşdırılıb. Azarkeşlər bizim qırmızı xəttimizdi və onlara qarşı bu kimi hərəkətlər yolverilməzdi. Ümid edirik ki, hesabı hakerlər tərəfindən ələ keçirilib və bu sözləri özü yazmayıb".

Mido isə sonradan hesabının ələ keçirildiyini və hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib. 

36 yaşlı mütəxəssisin günahı sübut edilsə, Səudiyyə Ərəbistanı qanunlarına görə ona 10 şallaq cəzası veriləcək.

Qeyd edək ki, futbolçu karyerası zamanı Belçikanın "Gent", Hollandiyanın "Ayaks", İspaniyanın "Selta", İtaliyanın "Roma", Fransanın "Marsel", İngiltərənin "Tottenhem", "Midlsbro", "Viqan", "Vest Hem" kimi klublarında oynayan Misir millisinin sabiq üzvü məşqçi karyerası ərzində vətənində "Zamalek", "İsmaili" və "Vadi Deqla" komandalarına başçılıq edib. Fanat.Az

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031