Sİyasət

Baş katib: "Özbəkistan Türk Şurasının gündəliyini daha da şaxələndirəcək"

Baş katib:

Özbəkistan Türk Şurasının gündəliyini daha da şaxələndirəcək.

Sfera.az-ın trend-ə  istinadən bildirir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin görüşünün yekununda qurumun baş katibi Baqdad Amreyev deyib.

O bildirib ki, qurum daxilində bütün səylər dövlətlərimiz arasındakı iqtisadi əməkdaşlığın genişlənməsinə yönəlib:

"Bir müddət əvvəl biz birgə ticarət palatasını yaratdıq. Macarıstan və Özbəkistan bu gün rəsmən bu struktura qoşuldular. Bu iclasda əsas hadisə təşkilatın ilk dəfə genişlənməsidir. Özbəkistan tamhüquqlu üzv olur. Biz əminik ki, Özbəkistan gündəliyimizi daha da şaxələndirəcək".

Baş katib əlavə edib ki, Türk Şurası dövlət başçılarının sabah imzalanacaq bəyannaməsinə Birgə İnvestisiya Fondunun yaradılması məsələsi daxil ediləcək.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930