"Barselona"nın prezidenti azarkeşlərdən üzr istədi

İspaniya "Barselona"sının prezidenti Joan Laporta azarkeşlərə müraciət edib.

Sfera.az-ın məlumatına görə, 59 yaşlı mütəxəssis UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə Almaniya "Bavariya"sına məğlubiyyətə görə fanatlardan üzr istəyib.

O, tərəfdarları səbrli olmağa çağırıb: "Mən də sizin kimi qəzəbli və məyusam. Baş verənlər düşündüyümüz ssenarilərdən biridir. Səbrli olmağınızı və komandaya dəstəyinizi davam etməyinizi xahiş edirəm. Həmçinin klub rəhbərliyinə etibar edin. Bu inama ehtiyacımız var və vəziyyəti düzəldəcəyimizə heç bir şübhəmiz yoxdur".

Qeyd edək ki, "Barselona" E qrupundakı ilk matçında "Bavariya"ya 0:3 hesabı ilə uduzub.

OXŞAR XƏBƏRLƏR