İdman

“Barselona”nın futbol əfsanəsi futbol karyerası ilə vidalaşır

“Barselona”nın futbol əfsanəsi futbol karyerası ilə vidalaşır
İspaniya futbol yığmasının sabiq futbolçusu Xavi bu mövsümün sonunda futbol karyerasına son verəcəyini bəyan edib.

Sfera.az xəbər verir ki, 38 yaşlı idmançı bu barədə "Corriere dello Sport” nəşrinə danışıb.

"99% deyə bilərəm ki, bu mənin axırıncı mövsümümdür”.

Futbolçu bundan sonra məşqçi fəaliyyətinə başlamaq, gələcəkdə isə yetirməsi olduğu "Barselona”ya məşqçilik etməyi arzuladığını bildirib.

Xavi "Barselona” tərkibində 8 dəfə İspaniya çempionluğunu, 6 dəfə İspaniya Superkubokunu, 4 dəfə Çempionlar Liqasını, 3 İspaniya Kubokunu, iki dəfə UEFA Superkubokunu və dünya klub çempionatını qazanıb. O, İspaniya yığması tərkibində dünya çempionu və iki dəfə Avropa titullarını əldə edib.

2015-ci ildə bir neçə mükafat qazandığı Qətərin "Əl-Sadd” klubuna keçmişdi.

Rəsul
Sfera.az


 
AdRiver

XƏBƏR LENTİ