\"Barselona\"da yeni baş məşqçi təyinatı
12:05 / 14.01.2020
2411
İspaniyanın "Barselona” klubunda yeni baş məşqçi təyinatı rəsmiləşib.
Sfera.az xəbər verir ki, Kataloniya təmsilçisi baş məşqçisi Ernesto Valverde ilə yolları ayırıb. İspaniyalı çalışdırıcını Kike Setyen əvəz edib. 62 yaşlı ispan mütəxəssislə bu mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Setyenin son iş yeri "Betis” olub.