“Barselona” səfərdə qalib gəldi

“Barselona” səfərdə qalib gəldi
İspaniya La Liqasında 18-ci turunda lider  "Barselona” səfərdə "Xetafe”nin qonağı olub.Sfera.az xəbər verir ki,  oyun "Barselona” komandasının 2:1 qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 20-ci dəqiqədə Messi açıb. 39-cu dəqiqədə isə Suares qonaqların üstünlüyünü iki topa çatdırıb. Lakin ev sahibi elə birinci taymda cavab qolunu vura bilib. 43-cü dəqiqədə Mata fərqlənə bilib.

Bu qələbə sayəsində "Barselona” 40 xalla turnir cədvəlinin vahid lideridir. "Xetafe” isə 25 xalla 7-ci pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR