\"Barselona\" 17 yaşlı futbolçunu transfer etdi

\
İspaniya "Barselona"sı Türkiyənin "Kayserispor" komandasının futbolçusu Emre Demiri heyətinə qatıb.

Sfera Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

rkiyənin U-17 yığmasının da formasını geyinən gənc oyunçu yeni komandasına cari mövsüm başa çatdıqdan sonra qoşulacaq.

Bu keçid üçün qarşı tərəfə 2 milyon avro təzminat ödəyən "Barselona" futbolçuya 400 000 000 avro qiymət qoyub.

 

OXŞAR XƏBƏRLƏR