Baqali Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

Baqali Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

"Neftçi”nin hücumçusu Baqali Dabo növbəti dəfə qalmaqala səbəb olub. Fransalı forvard "ağ-qaralar”ın azarkeşlərinin tənqidinə sərt cavab verib.

"Qafqazinfo” xəbər verir ki, klubun ən böyük azarkeş səhifəsi olan "Neftchi Baku [Fan Page]” Dabonu tənqid edib:
 
"Mənə tez-tez yazırsınız ki, admin, bəs deyirdin, Dabonun zədəsi 3-5 günlükdür, 35 gündür adam yoxdur. Əslində, Dabonun zədəsi "Sperantsa" ilə cavab matçından sonra sağalıb. Amma... İşin bir əmması var. Bu adam oyunçu kimi yaxşı olsa da, insan kimi çox məsuliyyətsiz, laqeyddir. Aylıq "Neftçi"dən 42 min 500 manat maaş alır. Bonusları da gəlsək, təxminən 50-55 min manat edir. Bu ölkədə bunun 100 qat aşağısına işləyən insanlar var. Orta məktəb müəllimi bu maaşı 100 aya qazanır. Hələ xanımı da narazılıq edir.

Baqali Dabo özünü məşqlərdə yuxarıdan aparır, sözün həqiqi mənasında "şişib”. Məşqlərə etinasız yanaşır, məşqçi və rəhbərliyin qərarlarına etiraz edir. Buna görə də Roberto Bordin onu "Sabah”la oyundan öncə son anda siyahıdan sildi.

Hər nə qədər Bordinin işini bəyənməsəm də, bu məsələdə tam baş məşqçiyə haqq qazandıram. Yox, sən get istirahət vaxtı dizini zədələ gəl, mən məşq etmirəm, oynamalıyam. Çox güman rəhbərlik əvəzedici heyətə göndərəcək Dabonu. Ya da etdiyi tərbiyəsizlik üçün üzr istəməlidir”.
 
Azarkeş səhifəsinin bu paylaşımına Dabodan cavab gəlib. "Şərhlərinizi...., sözlərim sizə xoş deyilsə, daha çox fransızca yazım, tərcümə edərsiniz”, - deyə 31 yaşlı hücumçu "İnstagram” hesabının hekayə bölümündə cavab verib.
 
Səhifə admini Dabonun cavab sözlərini klubun mətbuat və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyevə məlumat verdiyini qeyd edib. Allahverdiyev cavab olaraq bildirib ki, də bu barədə klubun idman direktoru Ceyhun Sultanov və rəhbərliyə məlumat verilib.
 
Premyer Liqanın ilk turunda "Sabah”la oyundan öncə meydana çıxmayacağını öyrənən Dabo baş məşqçi Roberto Bordinin qərarına əsbələşib, hirsli şəkildə reaksiya vermişdi.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...