\"Banu\"nun Güneli də ev aldı

\
Prezident İlham Əliyev tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələrinə mənzil təqdim olunub.

Mənzillə təmin edilən jurnalistlər sırasında "Space"in "Banu" verilişinin aparıcısı Günel Həsənzadə də yer alıb. 

Bu haqda Günel sosial şəbəkə hesabında yazıb:

"Fəaliyyətimizə və zəhmətimizə çox böyük dəyər verib, bu gün bizi mənzillərlə mükafatlandıran, hər birimizə sonsuz sevinc yaşadıb, diqqətində saxlayan prezident İlham Əliyevə böyük minnətdarlıq edirəm".

Qeyd edək ki, Günel bir müddət əvvəl açıqlamasında evinin kredit olduğunu, banka borcunu vaxtında ödəyə bilmədiyini demişdi.

Axşam.az

OXŞAR XƏBƏRLƏR