"Banu" verilişinin Güneli ƏRƏ GETDİ - GÖRÜN KİMƏ... - FOTOLAR

"Space” telekanalında "Banu” verilişinin aparıcısı Günel Həsənzadə subaylıqla vidalaşıb.


Lent.az -ın əldə etdiyi məlumata görə, aparıcı türkiyəli iş adamı ilə ailə qurub. Günel bir müddət öncə gəlin köçsə də, bu evlilik xəbərini mediadan gizlədib.

Qeyd edək ki, G.Həsənzadə bir müddət öncə şəxsi həyatından danışan zaman bu sözləri demişdi: "Anamla birlikdə yaşayıram. Hərdən kimsə yığır qohumumsan. Uşaqlıqdan yanımda olmayanlar indi məni axtarır. Buna narahat olmuram, hər şey yaxşıdır. Ailə qurmamağımın səbəbi insanların xəyanətkar olmasıdır. Bəzən də işi buranlar olur. Ailə qursam, həyat yoldaşım istəsə işi ataram. Qadının ən böyük karyerası ailəsidir. Hər zaman böyük ailənin arzusunda olmuşam".



OXŞAR XƏBƏRLƏR