Bankların etibarını necə qaytarmaq olar?- Ekspert açıqlayır

Bankların etibarını necə qaytarmaq olar?- Ekspert açıqlayır
"Banklar  normal davrana, yeni situasiyaya uyğunlaşıb  vətəndaşa daha keyfiyyətli və ucuz xidmət göstərə bilsələr, insanların onlara güvəni də bərpa oluna bilər”  

Sfera.az-a açıqlamasında bu sözləri problemli kreditlərin həllilə bağlı verilən fərman fonunda əhalinin banklara olan inamının bərpa olunub-olunmayacağına dair sorğumuzu cavablandırarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
 
Yəni ekspertin fikrincə, hər şey banklardan, onların atacağı addımlardan asılıdır:   

"Əslində problemli kreditlərin ləğvi məsələsi bankların özlərinə ciddi dəstəkdir. Bankların bu fonda likvidliyi artacaq. Kifayət qədər böyük məbləğdə əlavə vəsait daxil olacaq. Problemli aktivlərinin böyük hissəsi silinəcək. Ona görə də bankların bundan sonrakı davranışları əhalinin onlara olan güvəninin artmasına səbəb ola bilər. Yəni problemli kreditlərin həlli fonunda da, əhalinin onlara olan etimadının artması bankların özlərindən asılıdır. Kredit fazilərini aşağı salsalar, müştərilərə göstərilən xidmətin keyfiyyətini yüksəltsələr,  bu zaman bank sektoruna olan güvən yenidən bərpa olunacaq. Nəticədə banklar da ölkə iqtisadiyyatında aktiv rol ala bilərlər. Hələliksə, ölkə iqtisadiyyatında bankların kredit faizlərini yüksək qoymaları səbəbindən ciddi rol oynadıqlarını görmürük. Faizlər çox yüksəkdir, biznes kreditləri qısa müddətə və yüksək faizlər verilir. Biznes kreditinin uzun müddətli və aşağı faizli olmadığı ölkələrdə isə iş yerlərinin yaranması və biznesə dəstək daha da çətinləşir. Ona görə də hər şey bankların davranışından asılı olacaq. Banklar  normal davrana bilsə, yeni situasiyaya uyğunlaşıb,  vətəndaşa daha keyfiyyətli və ucuz xidmət göstərə bilsələr, insanların onlara olan güvəni bərpa oluna bilər”.  
 
Qeyd edək ki, dövlət başçısının problemli kreditlərlə bağlı imzaladığı fərman həm əhalinin, həm də bankların maraqlarına cavab verir. Yəni burada udan tərəf hər ikisidir. Ancaq bir məsələ var ki, sözügedən fərmana qədər insanların banklara etimadı çox aşağı idi. Bankların yüksək kredit faizləri qoyması əhalinin əksəriyyətini onlardan uzaqlaşdırıb. Bu mənada problemli kreditlərin həlli məsələsinin ardınca banklarla əhali arasında güvənin bərpası olduqca vacibdir.
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

"Toshiba" 5 min işçini İŞDƏN ÇIXARACAQ

Yaponiyanın elektronika istehsalçısı olan “Toshiba” 5 min işçisini ixtisar edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Kyodo agentliyi ...

Xalq artisti Röya Ayxan: "Ərə gedirəm, toyum..." - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib.   Sfera.az xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə...

Kuleba Blinkenlə görüşdü - FOTO

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri &...

Banklar dollar alışını yenidən artırır – Apreldə tələb 500 milyon dolları keçə bilər

Azərbaycanda bu ilin fevralında dollara tələbin yüksəlməsindən sonra martda ciddi azalma qeydə alınmışdı. Martdakı azalmadan sonra apreldə dollara tələbdə yenid...

Polisdən böyük ƏMƏLİYYAT - 21 əcnəbi SAXLANILDI - FOTO

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) BPQMİ-nin Qanunsuz Miq...

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu İMZALADI - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) Əməkdaşlıq Memorandumu imzalayıblar.   Sfera.a...