Banklar özbaşınalıq etməkdə davam edir-şərh

Banklar özbaşınalıq etməkdə davam edir-şərh
"Banklarin bu günə qədər kreditlər üzrə yüksək faiz qoymaqda davam etmələri iki səbəbdən irəli gəlir. Ya banklar əldə etdikləri mövqelərindən sui-istifadə edirlər. Ya da inflyasiya dərəcəsi rəsmi elan edilən 8-9 faizdən əslində yüksəkdir”
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda kommersiya banklarının hələ də kredit faizlərini yüksək həddə saxlamasına münasibət bildirərkən iqtisadçı ekspert Yaşar Əsədov deyib: 
 
"Rəsmi statistikaya görə, illik inflyasiya təxminən 8-9 faiz arasındadırsa, prinsip etibarı ilə, iqtisadi nəzəriyəyə əsasən bankların kreditlər üzrə faiz dərəcələri 20 faizdən çox olmamalıdır. Ancaq faiz dərəcəsi bu rəqəmdən dəfələrlə çoxdur. Bu fonda görünür, ya banklar mövqelərindən sui-istifadə edir, ya da real inflyasiya 8-9 faiz deyil, nisbətən yüksəkdir. Rusiyada keçən il inflyasiyanın səviyyəsi 4 faiz olub. Bu fonda iri, adlı-sanlı bankların verdiyi kreditin faiz dərəcəsi 12 faizdən çox deyil. Təxminən belə bir nisbəti Azərbaycan bankları da tətbiq etməlidir. Yəni banklar üçün marja, inflyasiya üstəgəl təxminən 10 faiz civarında olmalıdır. Ancaq indilikdə ölkəmizdə 20 faizdən başlayaraq kredit təklif olunur. Real şərtlərə baxanda isə kredit faizi 25-30 faizə yüksəlir. İnflyasiya sabit olmalı, real şərait nəzərə alınaraq təyin olunmalıdır. Bundan sonra da inflyasiya sabit saxlanılmalıdır. Yəni banklar qarşıdakı perspektivi bilməlidir. Belə olarsa, Mərkəzi Bankın kommersiya banklarına təsir göstərmək, onların faiz dərəcələrini nizamlamaq və istiqamətləndirmək üçün əlində artıq alət olacaq.  Bankların faizlərinin yüksək olması fonunda oradan kredit götürüb hansısa bir istehsalat sahəsini yaratmaq, biznes qurmaq çətin məsələdir. 30 faizlik dərəcə ilə hər hansı bir istehsalat sahəsi yaratmaq faktiki olaraq mümkünsüzdür”.

Qeyd edək ki, hələ də bank müştərəiləri kredit faizlərindən narazılıq edir. Çünki bankların faiz dərəcələri hələ də yüksək olaraq qalır. Hətta qardaş Türkiyədə bankların qoyduğu kredit faizləri Azərbaycana nisbətən aşağı həddədir. Belə ki, qardaş ölkədə müştəriyə krediti illik 13,2-14, 4 faiz arası həmclə verirlər. Azərbaycanda isə kredit faizləri bundan təxminən 2 dəfə çoxdur. Bu istiqamətdə dəfələrlə müxtəlif fikir və təkliflər səslənsə də, kommersiya bankları hələlik faiz həddini yüksək saxlamaqda davam edirlər. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...